Qarabağda döyüşən terrorçular məhv edildi... - İfşa

Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşən 300 YPG/PKK terrorçularından 20-si məhv edilib. Axar.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. Bildirilir ki, öldürülən terrorçulardan 5-i qadındır. Məlumata görə, öldürülən terrorçuların adları telefon vasitəsilə Vardenes düşərgəsindən PKK-nın Qəndildəki qərargahına ötürülüb. Telefon danışığının kürd dilində aparıldığı deyilir.