Parlaq qələbəmizin memarı - Ali Baş Komandanımız

Son günlər cəbhədən gələn xoş xəbərlər hamımızda qələbəyə inam hissini daha da qüvvətləndirir. Azərbaycan vətəndaşı olaraq hər birimiz dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx səfərbər oluruq. İnanır və görürük ki, Prezidentimizin uğurlu daxili və xarici siyasəti artıq bizi qələbənin astanasına aparır. Bu uğurlu diplomatiya artıq bütün dünyanı inandırıb ki, Azərbaycanın tutduğu yol haqq yoludur. Bu uğurlu diplomatiyanın və gərgin əməyin nəticəsidir ki,ərazi bütövlüyümüz uğrunda mübarizəyə başladığımız bu 8 gün ərzində demək olar ki, hər saat, hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Belə sevindirici xəbərlərdən biri  də oktyabrın 4-də  16:39 radələrində Ali Baş Komandan cənab İlham Əliyevin Tvitter səhifəsində paylaşımı oldu. Böyük qürur və fəxr hissi ilə bu paylaşımı olduğu kimi sizlərlə bölüşmək istəyirəm: ”Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Dünənki şad xəbərin, yəni Tərtər rayonu Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili,Şaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edilməsi haqqında paylaşım edən Ali Baş Komandan cənab İlham Əliyev Madagiz azad olunanadan sonra axşama doğru növbəti paylaşıımı ilə hamımızı bir daha qürurlandırdı: ”2020- ci il oktyabrın 3-də Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır! Beləliklə igid əsgərlərimiz düşməndən azad edilmiş ərazidə Azərbaycanın Dövlət  Bayrağını fəxrlə sancdılar.Həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta da Azərbaycan Bayrağı sancıldı.. Prezidentimizin istər dünənki, istərsə də bugünkü qələbə xəbəri   Paşinyan və onun tərəfdaşlarına bir daha sübut etdi ki, durğu işarələri arasında nida işarəsi nöqtədən fərqli olaraq qürur, fəxr, iftixar hissləri kimi daha önəmli və inamlı fikrin ifadə formasıdır, tarixi ədalətin bərpasının təcəssümüdür. Bu qələbə müjdələri dünyanın bir çox ölkələrində olduğu kimi Türkiyədə də sevinclə qarşılanır.Bu gün Türkiyədə Azərbaycan Ordusuna dəstək yürüşü keçirilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Cəbrayılın erməni işğalçılarından azad olunması barədə sevincini xalqımızla bölüşərək, ”İnstaqram” hesabında Ali Baş Komandan İlham Əliyevin Ordumuzun uğuru ilə bağlı statusunu paylaşıb və Azərbaycan xalqını təbrik edib: “Bütün Azərbaycan xalqını və bizim qələbəmizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm!Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin!Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!” Mən də vətənini sevən, dövlətinə,dövlətçiliyinə sadiq olan hər bir Azərbaycan vətəndaşı kimi bu arzulara qoşularaq fəxarətlə deyirəm: ”Bu sevincli anları bizə yaşatdığınız üçün çox sağ olun cənab Prezident! Sağ olun igid Azərbaycan əsgərləri! Var olun şanlı Ordumuz!” Əminəm ki, uca Tanrının köməyi ilə zəfər bayrağımız tezliklə Şuşada dalğalanacaq! İnanıram ki,bu qələbədə payı olan bütün şəhidlərimizin ,o cümlədən müstəqil Azərbaycanın memarı Ümummilli Liderimiz Heydər Əliyevin də ruhu şad oldu! Çingiz Dadaşov, Nəsimi rayon sakini, “Demokratik İnkişafın Təşviqi“  İctimai Birliyinin sədri