Günün fotosu – Qarabağlının PUA-sı, erməninin duası

Gördüyünüz bu şəklin solunda “Harop” markalı pilotsuz uçan aparatdır, sağdakı isə ermənilərdir. PUA iş başındadır, hədəfini vurur, ermənilər isə kilsələrə toplaşıb, dua edirlər, öz allahlarından kömək istəyirlər. PUA-lar dualara baxmaz. Onlar dəqiq proqram üzrə hərəkət edirlər. Hər duanın isə amini olmaz. Öz ərazindən böyük, başqalarına məxsus torpaqları işğal et, sök, dağıt, sat, sov, yandır, külünü göyə sovur, min cür əziyyətlə salınmış bağ-bağatları kəs, doğra, səhraya çevir, sonra da Allaha dua et, kömək istə. Hansı Allah belə vəhşiliyi qəbul edər? 120883268_10221661564783891_3784669378923327280_o.jpg (60 KB) Hələ bunlar nə üzlə kilsələrə toplaşıb Yaradanın hüzuruna çıxırlar? Bəlkə döyüşən övladlarının salamatlığı üçün? Elədirsə, başqalarının torpağında döyüşən övladlarını mesaj göndərsinlər, “nə qədər salamatsınız, qayıdın” desinlər. Yox, həm bunların övladları salamat olsun, həm də başqa bir ölkənin torpağını qanla suvarsınlar, günahsız insanlarını qırsınlar. Olmaz olsun elə dua. Elə duanın qarşısına da bax, belə PUA çıxır. Musavat.com