“Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır”

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistana xəbərdarlıq edib.  Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyi məlumat verib. Müdafiə naziri bildirib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir.