Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır!