Azərbaycan Prezidenti: "Cəbrayıl şəhəri işğaldan azad olundu"

Ali Baş Komandan, prezident İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib. Musavat.com xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb: Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!