“Gəncədəki insanlarla danışdım. Gəncə sakinləri güclüdür. Ermənistan ərazisindən Gəncənin kasset tipli raket hücumuna məruz qalması gəncəliləri heç bir şəkildə qorxuda bilməz”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib. O, Ermənistanın Gəncəyə raket atmasını məsuliyyətsiz addım adlandırıb.
© 2020 - Created by İLK XEBER.