Gəncə Ermənistan ərazisindən yenidən raket atəşinə tutulub FOTOLAR

Səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin atəşə tutulması barədə məlumat verilmişdi. İndicə aldığımız məlumatda isə Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinə yenidən raket atəşinə məruz qaldığı bildirilir. APA-nın yerli bürosunun məlumatına görə, nəticədə mülki obyektlərə ciddi ziyan dəyib, sakinlər arasında yaralananlar var.