Oxu.az xəbər verir ki, bu məlumatı Znak.com saytı yayımlayıb.
Yaralıların yerləşdirildiyi hospitalın cərrahı bildirib ki, son iki gündə yaralananların sayı kəskin dərəcədə artıb:
"Bütün sutka ərzində əməliyyat edirik. Son yeddi gündə maksimum altı saat yatmışam”.
O, təkcə dünən hospitala 60 yaralı gətirildiyini bildirib. "Ölü sayı həddən artıq çoxdur”, - deyə o qeyd edib.