"Çelsi" yeni transferi ilə 5 illik müqavilə imzaladı

İngiltərənin "Çelsi" klubu yeni transferini açıqlayıb. "Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" Fransa "Renn"inin qapıçısı Eduard Mendini heyətinə qatıb. 28 yaşlı seneqallı qolkiperlə 5 illik müqavilə imzalanıb. Qeyd edək ki, Seneqal millisinin də formasını geyinən Eduard Mendi 2019-cu ildən "Renn"də çıxış edib.