"Bizi azərbaycanlıların bazarlarından bayıra atıblar" - Ermənistan İxracatçılar İttifaqının sədri

“Paytaxtda bizi azərbaycanlıların bazarlarından bayıra atıblar”. Dominant.az xəbər verir ki, bunu Ermənistan İxracatçılar İttifaqının sədri Raffi Mxçyanın ölkənin "1in.am" informasiya portalına müsahibəsində deyib. "İxrac etdiyimiz malın realizə edilməsi, yəni satılması ciddi problemdir. Bununla Tovuz hadisələrindən sonra rastlaşdıq. Paytaxtda bizi azərbaycanlıların bazarlarından bayıra atıblar. Bu, bizim üçün siqnal olmalıdır. Lakin təəssüf ki, ayrı-ayrı sahibkarlarımız hansısa kanallar vasitəsilə yalnız fərdi şəkildə azərbaycanlıların bazarlarına daxil ola bilirlər. Onları qınamıram. Mən öz dövlət qurumlarımızı günahlandırıram. Düzgün reaksiya vermirlər, hələ də Rusiyanın paytaxtında öz məhsullarımızı sata biləcəyimiz meydan yaratmamışıq", - deyə Raffi Mxçyan bildirib.