Partiya sədri: “Beynəlxalq hüquq Azərbaycanın təcavüzkara qarşı hərbi əməliyytalar keçirməsinə tam imkan verir”

“Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son çıxışları ilə bəyan edir ki, Azərbaycan ərazilərinin işğal olunması faktı dözülməzdir. Ona görə də hesab edirəm ki, Azərbaycan yaxın vaxtlarda işğal altında olan torpaqların azad olunması istiqamətində konkret addım ata bilər və bu addım atılmalıdır”.

Bunu “Ölkə.Az”a açıqlamasında  Aydınlar Partiyasının sədri, sabiq millət vəkili Qulamhüseyn Əlibəyli deyib. Partiya sədrinin sözlərinə görə, Prezidentin son çıxışlarından gəldiyim qənaət bundan ibarətdir. “Prezident eyni zamanda hesab edir ki,  beynəlxalq aləm Ermənistanın təcavüzkar siyasət yürütdüyünü qəbul etsə də, lakin  onun bu işğal siyasətinə qiymət verib, buna son verilməsinə suqun yanaşır. Bu bir daha sübut edir ki, beynəlxalq hüquq faktiki olaraq işləmir.  Beynəlxalq hüquq işləməyəndə Azərbaycan da istənilən vaxt işğal altında olan torpaqlarını azad edə bilər.  Ermənistan tərəfinin təxribatlarını davam etdirməsi Azərbaycana imkan verir ki,  təcavüzkara layiqli cavab verib,  öz ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü bərpa etsin”- Qulamhüseyn Əlibəyli bildirib. Əlibəyli əlavə edib ki,  faktiki  olaraq beynəlxalq təşkilatlar və güclər Ermənistanın işğalçı siyasətinə susqun münasibət sərgiləyib: “Bu istər ATƏT və  ATƏT-in Minsk qrupu həmsədrləri olsun, istər BMT olaun. Baxmayaraq ki, BMT TŞ münaqişə ilə bağlı 4 qətnamə qəbul edib, amma  həmin qətnamələrin icrası ilə bağlı  nəzarət  mexanizmi hazırlanmayıb. Bəzi digər  beynəlxalq güclər də  var ki, təcavüzkara susqun münasibət  sərgiləməklə əslində işğlaçını həvəsləndiriblər.  Belə olan halda Azərbaycanın BMT-nin Nizamnaməsinə uyğun öz ərazini azad etmək hüququ var”. Partiya sədri onu da bildirib ki,  beynəlxalq təşkilatlar və güclər münaqişənin doğrudan da danışıqlar yolu ilə həllini istəsəydilər, o zaman Ermənistana işğalçı siaysətinə son verməsinə və Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcbur edə bilərdirlər: “Bunun üçün onların Ermənistanı işğlaçı siyasətindən çəkindirmək üçün yetərincə imkanları var.  İndi isə Azərbaycanın tam hüququ var ki, güc yolu ilə torpaqlarını azad etsin. Bir az öncə söylədiyim kimi, beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi Azərbaycana bu hüququ verir. Əgər Azərbayacan sabah belə bir əməliyyat həyata keçirərsə heç bir beynəlxalq təşkilat və güc ona artıq irad tuta bilməz. Əgər belə bir irad olarsa, bir daha qeyd edirəm ki, bu,  ilk növbədə  təcavüzkar  Ermənistana olmalıdır. Çünki Azərbaycn beynəlxalq hüququ pozaraq hər hansı ölkənin ərazisini işğal etmir, əksinə  məruz qaldığı təcavüzün nəticələrini aradan qaldırmaq istiqamətində konkret addım atır.  O baxəmdan Azərbaycanın işğala son qoymaq üçün atdığı istənilən addım büynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur”. Mürtəza Ölkə.Az