"Yuventus" "Sampdoriya"nı darmadağın etdi

"Yuventus" klubu İtaliya A Seriyasının ilk tur matçında "Sampdoriya"nı qəbul edib. "Report"un məlumatına görə, Turindəki "Alyans - Yuventus" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 13-cü dəqiqədə Deyan Kuluşevski açıb. 79-cu dəqiqədə Leonardo Bonuççi fərqi artırıb. 88-ci dəqiqədə isə Kriştianu Ronaldu oyunda son nöqtəni qoyub. Turun əvvəlki görüşləri belə nəticələnib: "Fiorentina" - "Torino" - 1:0 "Verona" - "Roma" - 0:0 "Parma" - "Napoli" - 0:2 "Cenoa" - "Krotone" - 4:1 "Sassuolo" - "Kalyari" - 1:1 Tura sentyabrın 21-də keçiriləcək "Milan" - "Bolonya" matçı ilə yekun vurulacaq. [embed]https://streamable.com/yam7b6[/embed]