İngiltərə Premyer Liqası: "Liverpul" "Çelsi"yə qalib gəlib

"Çelsi" İngiltərə Premyer Liqasının 2-ci turunun matçında "Liverpul"a məğlub olub. “Report” xəbər verir ki, görüş Londondakı "Stemford Bric" stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər iki qolu Sadio Mane vurub. Qeyd edək ki, Premyer Liqanın birinci turunda “Liverpul” öz meydanında “Lids”ə 4:3, “Çelsi” isə səfərdə “Brayton”a 3:1 hesabı ilə qalib gəlib. "Liverpul" yeni mövsümün iki matçında 6 xal, "Çelsi" isə 3 xal toplayıb.