"Banklarla bağlı geniş qanun layihəsi hazırlanır" - Komitə sədri

“Azərbaycanda banklarla bağlı geniş qanun layihəsi hazırlanır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib. O bildirib ki, banklarla bağlı qanun layihəsi paketi Milli Məclisə daxil olan kimi dinləmələr keçiriləcək.