"Biznes qurmağın yolları" - QHT bu mövzuda təlim keçdi

Bu gün “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində maliyyələşdirdiyi “İnsan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasının həyata keçirilməsi” layihəsinin icra planına uyğun olaraq zərərçəkmişlərə gələcəkdə kiçik bizneslərini qurmaq üçün "Biznes qurmağın yolları" mövzusunda təlim keçdi. Təlimi Beynəlxalq Standartlar üzrə ölkənin tanınmış mütəxəssisi, “Bureau De Qualite” Azərbaycanın direktoru Asif İbrahimov apardı. Təlimdə zərərçəkmişlərə Biznes nədir? Hansı biznesi qursaz sizin üçün faydalı ola bilər? Biznes planın hazırlanması ilə məlumat verildi.