UEFA Millətlər Liqası: Portuqaliya Xorvatiyaya, Fransa İsveçə qarşı

Bu gün UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, 3-cü oyun günündə 9 qarşılaşma baş tutacaq. Azərbaycan millisi də turnirdə mübarizəyə başlayacaq. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edəcək. Qrupun digər oyununda isə Kipr və Monteneqro yığmaları üz-üzə gələcəklər. A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanın, Belçika Danimarkanın qonağı olacaq. 3-cü qrupda isə Portuqaliya evdə Xorvatiya, İsveç son dünya çempionu Fransa ilə qarşılaşacaq. UEFA Millətlər Liqası, I tur 5 sentyabr A liqası 2-ci qrup 20:00. İslandiya – İngiltərə 22:45. Danimarka – Belçika 3-cü qrup 22:45. Portuqaliya - Xorvatiya 22:45. İsveç - Fransa C liqası 1-ci qrup 20:00. Azərbaycan – Lüksemburq 20:00. Kipr – Monteneqro 2-ci qrup 17:00. Şimali Makedoniya – Ermənistan 20:00. Estoniya – Gürcüstan D liqası 2-ci qrup 17:00. Cəbəllütariq – San-Marino