Valideynini təhqir edən polis işdən çıxarıldı

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.