Ərdoğan Atatürkün məzarı üstündə: Boyun əyməyəcəyik...

Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilə iqtisadi, hərbi, siyasi və diplomatik baxımdan güclü bir ölkə olaraq girəcəyik. Axar.az xəbər verir ki, bunu 30 avqust Zəfər Bayramı münasibətilə bu gün Anıt Qəbirdə yazdığı xatirə dəftərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib. “Suriyadan Liviyaya, Qara dənizdən Şərqi Aralıq dənizinə, enerjidən terrorla mübarizəyə qədər fərqli sahələrdə əldə etdiyimiz kritik uğurlar ölkəmizin haqq və maraqlarını qorumaq məsələsindəki iradəmizin dəqiq göstəricisidir. Türkiyə Şərqi Aralıq dənizində təhdid və şantaja boyun əyməyəcək, beynəlxalq hüquq və ikili razılaşmalar çərçivəsində hüquqlarını müdafiə etməyi davam etdirəcək”, - Ərdoğan yazıb.