“Onların hazırladıqları layihə minlərlə ziyalını rahatsız edib”

“Son illərdə ali məktəblərdə  Azərbaycan tarixi və Türk xalqlarının tarixi fənlərinin tədris saatlarının  azaldılması həmin fənləri gənclərimizə öyrədən ziyalılar arasında ciddi narahatlıq doğurmaqdadır. Azərbaycan və Türk xalqlarının tarixinə belə  yanaşmanın Ermənistanın Vətənimizin ayrı-ayrı ərazilərini işğal etməyə. dövlət müstəqilliyimizə son qoymağa cəhd etdiyi, əgər bunlar mümkün olmasa, Azərbaycanı əhəmiyyətli şəkildə zəiflətməyə çalışdığı bir vaxtda baş verməsi cəmiyyətdə narahatlıq doğurmaya bilməz”.  Bu fikirlər “Azərbaycan Tarixini Sevərlər” Cəmiyyətinin bu gün yaydığı bəyanatındadır. Həmin bəyanatda deyilir ki, belə xain niyyətin həyata keçirilməsinin məkrli yollarından biri də xalqın, onun gəncliyinin öz tarixi keçmişindən, qan yaddaşından, soykökündən, genefondundan xəbərsiz, milli-mənəvi dəyərlərindən uzaq manqurt, hər qəlibə uyan bir toplum kimi böyüməsinə nail olmaqdır. Təəssüf ki, son illərdə bu ideoloji istiqamətdə “görünməz düşmənin” getdikcə artan  hucumlarının şahidi olmaqdayıq.  Həmin hucum çox istiqamətliliyi ilə diqqəti cəlb edir.  Bəzi şəxslərin xalqımızın taleyində əhəmiyyətli rol oynayan ayrı-ayrı siyasi xadimlərin “gözlərində tük axtarması”,  onların yaratdıqları dövlətin xarakter və mahiyyətini şübhə altına alan fikirlər yayması da  belə istiqamətlərdəndir. Son illər milli ideologiya sahəsində “qloballaşma” donuna bürünənlərın  şiddətli hucumu
50 milyonluq Azərbaycan türkünün, 200 milyondan artıq türk xalqlarının tarixinin tədrisinin əhəmiyyətini fikirləşmədən “layihə” hazırlayan bu ekspertlər görəsən kimlərə və hara xidmət edirlər - deyə, hesab edirik ki,  Təhsil Nazirliyinin müvafiq qurumları tezliklə ekspert komissiyasından izahat alacaq və bu  çox vacib ümummilli məsələyə aydınlıq gətirəcəklər.
Azərbaycan tarixinin və Türk xalqları tarixinin tədrisi sahəsinə diqqəti daha da artmışdır.  Bu ilin təxminən may-iyun aylarında ali məktəblərin bir qrup “mütəxəssisindən” ibarət ekspert komissiyasının hazırladıqları layihədə adları çəkilən fənlərin siyasi və stratei əhəmiyyəti nəzərə alınmamış və bu fənlərin tədrisinə ayrılmış saatların yenidən kəskin şəkildə azaldılmasına cəhd edilmişdir. “Onların hazırladıqları layihə minlərlə ziyalını deyil, hətta Təhsil Nazirliyini və bir çox ali məktəb rəhbərlərini də rahatsız etmişdir. Maraqlıdır,  görəsən, xalqımıza  milli şüur, məğrurluq əxlaqı aşılayan, onlara tarixi keçmişlərindən xəbər verən bu fənlərin tədrisi ekspert komissiyasının üzvlərini niyə narahat etmişdir?.. Bu layihəni hazırlayan ekspertlər nə üçün susur,  ictimaiyyəti narahat edən bu məsələlər barədə izahat vermirlər?.. 50 milyonluq Azərbaycan türkünün, 200 milyondan artıq türk xalqlarının tarixinin tədrisinin əhəmiyyətini fikirləşmədən “layihə” hazırlayan bu ekspertlər görəsən kimlərə və hara xidmət edirlər - deyə, hesab edirik ki,  Təhsil Nazirliyinin müvafiq qurumları tezliklə ekspert komissiyasından izahat alacaq və bu  çox vacib ümummilli məsələyə aydınlıq gətirəcəklər. Ekspert komissiyasının hazırladığı lahyihədən rahatsız olan ziyalılar, onlardan alınacaq izahatın mətbuatda işıqlandırılacağını gözləyirlər” - deyə “Azərbaycan Tarixini Ssevərlər” Cəmiyyətiinin bəyanatında qeyd edilib. .