Hikmət Hacıyev: "Atamı sonuncu dəfə mart ayında görmüşəm"

Rayonlara gediş-gəlişin açılmasını hər kəs gözləyir, həmçinin biz də. Mən öz atamı sonuncu dəfə martın 13-də övladımın doğum günündə görmüşəm. Musavat.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib: "Təəssüf ki, bu gün rayonlara gediş-gəliş haqqında məlumatı verə bilmirik. Hazırda statistik epidemioloji göstəricilər buna imkan vermir". Hikmət Hacıyev bildirib ki, qarşıdakı dövrdə yoluxma hallarında artım baş verərsə, konkret olaraq həmin ərazilərdə qapanmalar tətbiq olunacaq: "Eyni zamanda rayonlarda qalan, lakin təhsilini Bakıda davam etdirən tələbələr tələbə kartı ilə paytaxta qayıda bilər. Birinci kursların gəlməsi ilə bağlı isə aidiyyəti qurumlara məlumat verilib və bu barədə iş aparılır" Metropolitenin açılması ilə bağlı məsələ müzakirələ edilir.