Dünya yerindədir, sənsə yox...

Yağışı sevdiyini bilirdim, Saatlarca çardaqda oturub yağışı seyr edirdin... "Sıra-sıra, inci-inci" nur damlalara tamaşa edərdik! İndi də yağış yağır. Sırası pozulub, Parıltısı itib... İndi də yağış yağır. Yağış var, sən yoxsan .... Çiçəkləri sevirdin, bilirdim, Saatlarla çəməndə oturub çiçəkləri qoxlardın. Torpaqdan ayırmadan, üzmədən. "Torpaqdan ayrılan çiçək Ətrin itirər",- deyirdin. İndi də çiçəklər açıb. Əvvəlki ətri yox. Çiçəklər yenə var, sən yox .. Günəşi sevirdin, Səhər tezdən yuxudan qalxıb, Səhərin şipşirin yuxusuna haram qatıb, Günəşin dənizdən möhtəşəm doğuşuna tamaşa edərdik. İndi də günəş doğur, Əvvəlki möhtəşımliyi yox ... Günəş var, sənsə yox ... Quşları çox sevərdin, Göyərçinlərin vardı. Onları qəfəsdə deyil, Səmada seyr etməyi sevərdin. Əngin səmada süzən göyərçinləri. Səmada yenə göyərçinlər var. Sən yoxsan! Baharı sevərdin, Təptəzə tumurcuqları, alça, zoğal, Bir də şaftalı çiçəklərini.. Yenə bahar gəlir, Alça çiçəkləyir, Zoğal, çəhrayı rəngli Şaftalı da... Yenə quşlar qayıdır... Yenə kəpənəllər uşuşur... Yenə bahar gəlir, Sənsə yox... Məni çox sevərdin, Məni əzizləyərdin. Məni dünyanın bütün pis gözlərindən qorumaq istərdin! Bəzən qəlbimi qırardın, Dözməzdin, Tez də könlümü alardın... Yenə qəlbimi qıran var, Könlümü alan yox... Mən varam, Mən sağam, Sənsə yox...