"Dil, Tarix, Ədəbiyyat fənlərinin tədrisinə sayğı tələb edirik" - Bəyanat

Məlum olduğu kimi avqustun 15-də “Tarix, dil və ədəbiyyatımızın tədrisinə dair yeni metodologiyaya münasibət” mövzusunda onlayn konfrans keçirilmişdir. Həmin konfransda iştirakçılar tərəfindən qəbul edilmiş bəyanatı olduğu kimi təqdim edirik: "Ali məktəblərdə “Azərbaycan tarixi” fənninin adını dəyişdirib “Azərbaycanın müasir dövlətçilik tarixi” qoyulması, saatının azaldılması, yalnız müasir dövr tarixi ilə məhdudlaşdırılması ölkə ictimaiyyətində ciddi narahatlıq doğurmuşdur.  Ziyalıların həyəcanı sosial şəbəkələrdə geniş ifadəsini tapmış, bu barədə dövlət başçısına müraciət də ünvanlanmışdı. Bu məsələnin Azərbaycan dövlətçiliyinin maraqları yönündə həllini tapacağı Təhsil nazirliyindən gözlənildiyi halda, nazirlikdən ayrı-ayrı ixtisaslar üzrə göndərilmiş yeni tədris planlarında yalnız fənnin adı əvvəlki kimi saxlanılıb, saatı azaldılmış variantda (qeyd edək ki, “Azərbaycan tarixi” fənninin saatları son illərdə tarix ixtisası üzrə 315 saatdan   210 saata qədər, qeyri-tarix ixtisaslarında 120 saatdan 90, sonra 75, indi isə 60 saata qədər azaldılıbdır)  göstərilməklə, bu fənnin “Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranmasını, mərhələlərini, formalaşmasını və inkişafını öyrən”diyi bildirilir. “Azərbaycan tarixi” fənninin belə şərhlə təqdim edilməsi Azərbaycanın qədim tarixini, dövlətçilik irsini inkara bərabərdir. Elə bu annotasiyanın yayılması kifayətdir ki, dövlətçiliyimizə qəsd, torpaqlarımıza təcavüz edənlər öz rəsmi sənədimizlə tariximizin də, dövlətçiliyimizin də  müasir olduğunu etiraf etdiyimizi təbliğat vasitəsinə çevirsinlər. Vətən tarixinin tələbə gənclər tərəfindən ali məktəblərdə təqdim edilən səviyyədə öyrənilməsi strateji anlamda böyük yanlışlıq, fəsadları milli maraqlarımıza ciddi zərər vuracaq məsuliyyətsizlikdir. Müstəqilliyimizin bərpasının  30-cu ili ərəfəsində, xüsusilə də müharibə şəraitində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi başlıca hədəfimiz olduğu bir dövrdə, milli ruhda böyüyən, Vətən tarixini dərindən bilən nəsillərə ehtiyac olduğu bir vaxtda “Azərbaycan tarixi” fənninin əhəmiyyəti olduqca böyükdür. Dövlət başçısı cənab İlham Əliyevin tarixi irsimizlə bağlı, qədim və orta əsr abidələri, xəritələri ətrafında mülahizələri, gənclərimizin tarixi bilgilərə dərindən yiyələnmək haqqında tövsiyələri  “Azərbaycan tarixi” fənninin daha keyfiyyətli tədrisinə çağırış kimi qəbul edilməli, dərs saatları təminatlı sayda artırılmalıdır. Vətən tarixini bilmək vətəndaşın tarixi yaddaşa, varislik düşüncəsinə, torpaq sevgisinə, yurd təəssübkeşliyinə  malik olması deməkdir. Milli şüur, mili mənlik hissləri məhz tarix, xüsusən də Vətən tarixi dərslərində formalaşır.  “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı yaranmış olduqca gərgin vəziyyətin aradan qaldırılması yönündə  Təhsil nazirliyinin dövlətçiliyimizin mənafeyini ali tutaraq prinsipial mövqe nümayiş etdirəcəyinə inanaraq qısa müddətdə tədris planlarında müvafiq dəyişiklik ediləcəyinə ümid edirik. Vətən tarixinin tədrisi ümumxalq, ümumdövlət mənafeli məsələdir, milli təhlükəsizliyimizin təminat sütunlarındandır. Bu məsələdə dünya azərbaycanlılarının həmrəyliyinə güvənərək təhsil sistemimizin çağdaş texnologiyalarla formalaşdırılması prosesində milli varlığımızı səciyyələndirən Dil, Tarix, Ədəbiyyat fənlərinin tədrisinə sayğı və qayğı ilə yanaşılmasını tələb edirik". Hörmətlə, Elmira Muradəliyeva tarix elmləri doktoru, professor Havva Məmmədova, tarix elmləri doktoru, professor Xeyirbəy Qasımov, tarix elmləri doktoru, dosent Xəqani Məmmədov, tarix elmləri doktoru, professor Sevda Süleymanova, tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix elmləri doktoru, professor Alı Balayev, tarix üzrə fəlsəfə doktoru, dosent Almaz Cavadova, tarix üzrə fəlsəfə doktoru, dosent Araz Şamilov, "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri Arzu Məmmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Bayram Quliyev, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent Bəymirzə Şabiyev, tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz, tarix üzrə fəlsəfə doktoru, dosent Çingiz Məmmədov, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Mirzəyev, tarix üzrə fəlsəfə doktoru Elmira Süleymanova, tarix üzrə fəlsəfə doktoru, dosent Elvira Lətifova, tarix üzrə fəlsəfə doktoru, dosent Ərrəhman Əhmədov, tarix üzrə fəlsəfə doktoru, dosent Ərşad Həsənov, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərov,fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Habil Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Qasımova, tarix üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva, tarix üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov. fəlsəfə üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər İsayev, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Nurlan Nəsirov, tarix üzrə fəlsəfə doktoru Rabil Süleymanlı, tarix üzrə fəlsəfə doktoru Ramin Əlizadə, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Hüseynli, tarix üzrə fəlsəfə doktoru, dosent Samir Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru Sevinc Ruintən, tarix üzrə fəlsəfə doktoru, dosent Şahlar Şərifov, ilahiyyat üzrə  fəlsəfə doktoru, dosent Şapi Yagizarov, tarix üzrə fəlsəfə doktoru, dosent Ülviyyə İbrahimova, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov, tarix üzrə fəlsəfə doktoru, dosent Yunis Nəsibov, tarix üzrə fəlsəfə doktoru, dosent Zakir   Kərimov, tarix üzrə fəlsəfə doktoru, dosent Zəhra İslamova, tarix üzrə fəlsəfə doktoru Cəfər Xanəliyev, baş müəllim (ADPU) Əminə Şirinova, baş müəllim (BDU) İsaməddin Musayev, baş müəllim (ADPU) Qələndər Muxtarlı, baş müəllim Nurlana Cavanşir, baş müəllim (BDU) Paşa Həsənli, elmi işçi Samirə Ramazanova, baş müəllim (ADPU) Səba Hüseynova, baş müəllim (ADPU) Səlimə Quliyeva, müəllim (BDU)