"İlk xəbər"in uşaqlara şeir töhfəsi

       Qar adam Ovuc-ovuc topladıqca Bəhlul balam  yumşaq qarı, Elə bil ki, seyr edirəm Şirə çəkən arıları. Qardan adam düzəltdi o Ürəyinə sevinc doldu. Bayaqkı o çılpaq budaq Ağac deyil, indi qoldu. Çöldə  qoyub evə getmir, Fikirləşir: "üşüyəcək". Öz əlindən çıxarıb o Qar adama taxır əlcək. “Ocaq qala, ata” – deyir “Qoy bu adam üşüməsin” Bu mərhəmət istisində Yavaş-yavaş qar əriyir. Kaş əriyib qar tək bir gün Pislik getsin yer üzündən. Uşaq qəlbi çox böyükdür Elə dünyanın özündən. Dəcəl uşaqlar Otağı qarışdırıb, Dəcəllər yenə bu gün. Elə bil “əmr” alıblar  – “Uşaqlar, çəkin, tökün!” Təkərlər uzaq düşüb Bədənləri maşından. Robot tanınır ancaq Yerdə qalan başından. Məhsəti də tapmayır Gəlinciyin qıçını. Nənə günahkar gəzir Heç kim demir suçunu. Oyuncaqlar küsüblər İsmayıldan, Bəhluldan. Hər şeyi sındırıblar Salamat qalıb güldan. Fəridə hey qoruyur Qaqaşlardan güldanı. Həvəslə gözləyir o Nənə gül qoyan anı. Ən sevimli əyləncə “Təkərli ev” də olur. Nə uşaqlar doyurlar, Nə də baba yorulur. Dünya elə gözəldir Babaya bu yaşında. Gəzdirdikcə zövq alır Nəvələri maşında.