Heydər Əliyev Mərkəzində yeni əsər nümayiş olunur

Xalça motivləri üzrə yaradılan "10(-35)" instalyasiyası Heydər Əliyev Mərkəzinin foyesində nümayiş olunur. Mərkəzdən "Report"a verilən məlumata görə, əsərin müəllifi - rəssam Faiq Əhmədin yaradıcılığında xalça mühüm yer tutur. O, Azərbaycan xalçaçılıq ənənələrinə əsaslanaraq modern əsərlər yaradır, ənənəvi xalçaları müasir incəsənətlə birləşdirir.