MSK ilkin nəticələri açıqladı: Batya liderdir

Belarusun hazırki Prezidenti Aleksandr Lukaşenko 9 avqustda baş tutan prezident seçkilərinin ilkin nəticələrinə görə, 82 faiz səslə rəqiblərini üstələyir. Axar.az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb. MSK bildirib ki, hazırda 5 regionda səslər sayılıb. Qeyd edək ki, ekzit-polların nəticələrinə görə, Lukaşenko 79,7 faiz səslə seçkidə qalib gəlib.