Dəqiq proqnozlar verən alimdən Trampa pis xəbər

ABŞ-da beş prezidentin seçkilərdəki qələbəsini əvvəlcədən proqnozlaşdıran professor Allan Lixtman noyabrdakı seçkilərlə bağlı proqnozunu da açıqlayıb. Axar.az Oxu.az-a istinadla xəbər verir ki, alim qalibin müəyyən edilməsi üçün özünün “13 açar” sistemindən istifadə etdiyini bildirib. Burada iqtisadiyyat, namizədin daşıdığı vəzifə, sosial narahatlıqlar və qalmaqallar kimi amillər nəzərə alınır. “Sirr ümumi mənzərəni izləməkdən ibarətdir. Sorğulara, təhlillərə, reytinqin düşməsinə və s. kimi amillərə əhəmiyyət vermək lazım deyil”, - A.Lixtman bildirib. Professor vurğulayıb ki, noyabrdakı prezident seçkilərində hazırkı dövlət başçısı hakimiyyətini itirəcək.