“Mənəviyyat Carçısı”nın çəkilişi davam edir

Milli Dəyərlərin Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində  istehsal olunacaq “Mənəviyyat  Carçısı” adlı sənədli filmi üçün növbəti müsahibə verənlər  akademik, deputat Ziyad Səmədzadə və Xalq artisti Məleykə Əsədova oldu. Deputat Ziyad Səmədzadə müsahibəsində Sovet rejimininAzərbaycana qarşı yürütdüyü ədalətsizlikdən, Ağa Musa Nağıyevin Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində  iqtisadiyyatın  inkişafındakı rolu  haqqında dəlillər gətirməklə, xeyriyyəçiliyin əsasını qoymuş şəxs kimi adını xüsusi vurğuladı. O, nəvə - Dilarə Nağıyevanın timsalında tariximizi yaşatmaq baxımından Ağa Musa Nağıyev kimi şəxsiyyətlərin fəaliyyətini daha dərindən öyrənməyi tövsiyyə edərək, Nağıyev irsinin Azərbaycanın tarixində yenidən yer almasından söhbət açdı. Xalq artisti Məleykə Əsədova  Dilarə xanımın çalışqanlığından danışaraq, apardığı tədqiqatların nəticəsində XIX –XX əsrin tarixini bu günümüzə gətirdiyini, nəvə olaraq bu sahədə misilsiz  əməyini qiymətləndirərək, babasının xeyiyyəçilik ənənələrinin davamçısı olduğunu xüsusi vurğuladı. Dilarə Nağıyeva layihə rəhbəri olaraq istehsal olunacaq sənədli filmin Pandemiya dövrünə təsadüf etdiyindən karantin qaydalarına riayət olunmasında müsahibə verənlərə, filmin rejissoru Etibar Məmmədova və operatoru Ramin Şahbazova xüsusi təşəkkürlərini bildirir.