Həyatı 1988-89-cu ilərə təsadüf edən insanların ictmmai və humanitar sahəyə, mətbuata marağı olub. Çünki biz vəhşi sovet rejimindən qopmaq üzrə idik, qarşımızda yeniliklər açılırdı. Biz də bu yenilikləri ifadə etməyə yerlər axtarırdıq.
İlkxeber.org News24.az-a istinadən xəbər verir ki, bu sözləri RTV-də yayımlanan "Media gündəliyi" verilişinin qonağı, Əməkdar jurnalist Nadir Azəri deyib.
Jurnalist qeyd edib ki, o zaman Yevlaxda "Təşəbbüs" qəzeti nəşr edilirdi, bu qəzetin də baş redaktorunun müavini Əminə Əhmədova idi.
"Mənim mətbuata gəlişimdə Əminə xanım əlimdən tutub mənə dəstək olub. Əminə xanım yazmaq həvəsində olan gənclərə canı ilə, qanı ilə dəstək verirdi", - deyə o əlavə edib.
N.Azəri bir idarə rəisi barədə yazdığı tənqidi məqaləsindən sonra həmin idarə rəisinin necə işdən çıxarıldığı barədə də danışıb.
Jurnalist tanınmış şəxsin mühafizəçilərinin ona necə xəsarət yetirməsindən və başqa maraqlı mövzulardan söz açıb.
Həmin söhbətlərdən xəbərdar olmaq istəyirsinizsə, müsahibəni bu videodan izləyə bilərsiniz.
© 2020 - Created by İLK XEBER.