Əsgərlikdə olarkən hərbi hissədə tədbirlər keçirilirdi. Tarixi günləri, işğal tarixlərini və bayram günlərini qeyd edirdik. Bu tədbirlərin birinə Aqil Abbas, mərum şairimiz Cabir Novruz və başqa tanınmış şəxslər gəlmişdi.
İlkxeber.org News24.az-a istinadən xəbər verir ki, bu sözləri RTV-də yayımlanan "Media gündəliyi" verilişinin qonağı, "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy deyib.
Jurnalistin sözlərinə görə, hərbi hissə komandiri bu tədbirdə onun çıxış etməsini istəyib.
"Həmin tədbirdə ziyalılarımız, hərbi hissəinin komandirləri çıxış etdi. Sonra mənə söz verildi. Çıxışımda Qarabağın azadlıq istəyi və arzusunu dilə gətirən çıxış etdim, sonda vətənpərvərlik mövzusunda yazdığım şeirimi oxudum. Tədbirin sonunda Aqil Abbas mənə yaxınlaşıb, telefon nömrəsini verdi və hərbi xidmətdən sonra jurnalistikada işləməyə dəvət etdi", - deyə o bildirib.
Müsahibənin tam versiyasını bu videodan izləyə bilərsiniz.
© 2020 - Created by İLK XEBER.