Bakıda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə forum keçirilib. Forum “Daha ədalətli bir dünya mümkündür” (A Fairer World is Possible) mövzusu altında baş tutub və ölkə mediasında geniş işıqlandırılıb.
İlkxeber.org xəbər verir ki, tədbirdə deputatlar, jurnalistlər, alimlər, vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri və çoxlu sayda qonaq iştirak edib.
Müzakirələr zamanı beynəlxalq kommunikasiyanın əhəmiyyəti, informasiya təhlükəsizliyi və qlobal ədalət prinsipləri müzakirə olunub.
Paneldə Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altunun videomüraciəti nümayiş etdirilib.
Forumun məqsədi qlobal informasiya sahəsində ədalətli və balanslı yanaşmaların təmin olunması və beynəlxalq ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsi olub.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi rəsmi sosial media hesabında tədbirdən görüntülər paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
© 2020 - Created by İLK XEBER.