Böyük Britaniya nüvə münaqişəsinə hazırlaşır. Bu barədə "Deyli Ekspres" nəşrinin eksperti Aleks Evans bildirib. O qeyd edib ki, Kiyevin hazırkı vəziyyətlə bağlı danışıqlarda iştirakına icazə verilməsə, münaqişənin gərginləşməsi qaçılmazdır. Analitik nüvə müharibəsi ehtimalının olduğunu bildirib.
Nəşrin məlumatına görə, Rusiya 800 kilotonluq "Topol SS-25" nüvə bombasından istifadə etməyə qərar verərsə, bu, baş tutacaq. Bildirilib ki, ehtimal edilən hücumda Moskva Londonun dörd mümkün bölgəsini hədəfə alacaq.
Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirib ki, Rusiya-Ukrayna münaqişəsi qlobal siyasəti dəyişdirib və Rusiya hərbi, siyasi və iqtisadi baxımdan qalib tərəfdir:
"Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi, siyasi sistemini köklü şəkildə dəyişib. Artıq dünya siyasəti beynəlxalq qanunlarla deyil, gücün qanunları ilə tənzimlənir. Bu münaqişənin baş verməsi başda ABŞ olmaqla, Qərb koalisiyasının təhriki ilə başlamışdır və xüsusilə də Ukraynanın prezidenti Zelenskini qızışdıran, münaqişəyə sürükləyən Birləşmiş Ştatlar başda olmaqla Böyük Britaniya və Böyük Britaniyanın baş naziri Conson, eyni zamanda Polşanın da rəhbərliyi olmuşdur. Artıq münaqişə elə bir fazaya keçib ki, idarəolunmaz, yəni geri dönüşü olmayan bir münaqişəyə çevrilib. Artıq bu münaqişədə Rusiya qalib tərəfdir. Rusiya həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan qalib tərəfdir. Ona görə ki, artıq Rusiya-Ukrayna münaqişəsi deyil, NATO-Rusiya savaşıdır. Sadəcə Ukrayna bir poliqondur. Bu savaşda Rusiya qalibdir. Artıq Ukraynanın 20-25 faiz ərazisinə nəzarət edir. Bu, hərbi cəhətdən Rusiyanın qələbəsidir. Siyasi baxımdan qələbəsi də ondan ibarətdir ki, Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar Rusiya və Birləşmiş Ştatlar arasında dialoqun baş verməsi, eyni zamanda artıq Avropa dövlətləri də bu münaqişədə ortaq bir mövqedən çıxış etmə edə bilmirlər. Bu yaxınlarda Parisdə toplantı oldu. Bu toplantıda ortaq bir varianta gələ bilmədilər. Bu Rusiyanın siyasi qələbəsidir, yəni NATO bloku parçalanıb, NATO bloku ortaq mövqedən çıxış etmir. İqtisadi baxımdan da Rusiyanın qələbəsidir ona görə ki, nəzarət etdiyi Ukrayna ərazisinin 70 faiz təbii sərvətlərinə nəzarət edir. Gündəmdə olan qiymətli, əlvan metallar bu ərazidədir və bu ərazi Rusiya nəzarətindədir. İqtisadi baxımdan Rusiya bu münaqişədə qalib tərəfdir".
Siyasi şərhçi əlavə edib ki, NATO-nun münaqişəyə müdaxiləsi qlobal nüvə təhlükəsi yaradır və bu, bəşəriyyət üçün fəlakət ola bilər.
"Artıq bu münaqişədə NATO bloku de-fakto iştirak edir. NATO blokunun de-yure iştirak etməsi qlobal münaqişəyə gətirib çıxardı. Nüvə silahının işə düşməsi ilə nəticələnə bilər ki, bu da bəşəriyyət üçün daha fəlakətdir. Nüvə silahı işə düşərsə, burada qalib tərəf olmayacaqdır. Çünki Rusiya dünyada ən böyük nüvə doktrinasa malik olan bir dövlətdir. Rusiya ilə nüvə təhdidində danışmaq yolverilməzdir. Artıq Trampın hakimiyyətə gəlməsi ilə Ukrayna münaqişəsində yeni bir faza yaranıbdı, yeni bir siyasi situasiya yaranıb. Rusiya ilə ABŞ arasında dialoq onu göstərir ki, artıq Putinin diktəsini Birləşmiş Ştatlar tərəfi qəbul edir. Çünki bu münaqişədə Rusiya diktə edən tərəfdir. Yəni istənilən bir halda Rusiyanın tələbi sözsüz yerinə yetirilməlidir. Ona görə ki, bu münaqişədə Rusiya həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan qalib tərəfdir və bu baxımdan Rusiyanın tələbləri sözsüz yerinə yetirməli və Rusiya ilə Birləşmiş Ştatlar arasında dialoqun baş verməsi və Ukrayna tərəfinin də burada tərəf kimi iştirak etməməsini Avropa tərəfi qısqanclıqla qəbul edir. Yəni artıq Avropa dövlətləri mövqeyi bu danışıqlarda nəzərə alınmadığına görə, başda Böyük Britaniya, Fransa, Almaniya olmaqla bir az narahatçılıq keçirirlər. Məsələ burasındadır ki, bu münaqişə dayanmalıdır ki, dünyada bir nizam yaransın. Əgər münaqişə böyüyərsə, təbii ki, nüvə silahı işə düşərsə, onda ən böyük ziyanı bəşəriyyət çəkəcəkdir. Unudulmasın ki, Rusiya gün çıxandan gün batanadır. Dünyanın yeddidə biri ərazisi Rusiyadır. Sonsuz sayda yeraltı, yerüstü sərvətləri var və dünyanın ən böyük nüvə doktrinasına malik olan bir dövlətdir. Yəni Böyük Britaniyanın Rusiyanı nüvə silahı ilə hədələməsi gülüş doğurur. Çünki Rusiyanın nüvə silahı işə düşərsə, Böyük Britaniya yer üzərindən silinə bilər. Bu baxımdan yenə deyirəm ki, nüvə silahının işə düşməsi nəticəsində ən böyük bəşəriyyət əziyyət çəkəcək, burada qalib tərəf olmayacaq. Hesab edirəm ki, dünyanın güc mərkəzləri, dünyanın ağıllı insanları bu münaqişəyə yol verməməlidirlər. Hesab edirəm ki, bu cür danışıqlar, nüvə hədəsi ilə danışmaq yolverilməzdir. Rusiyaya təhlükə yaranarsa, bu zaman Rusiya bu silahdan istifadə etmə haqqını da gündəmdə saxlayır. Hesab edirəm ki, bu cür davranışlar, nüvə təhdidindən danışmaq bəşəriyyət üçün ziyanlıdır. Xüsusilə də Böyük Britaniyanın başlıca özünə ziyan gətirə bilər".
Səidə Ramazanova
© 2020 - Created by İLK XEBER.