(10 FEVRAL 2025-Cİ İL TƏDBİRİNDƏN XÜLASƏ)
Təhsil - bildiyimiz kimi, hər insanın həyatında iz qoyan vacib bir prosesdir. O üzdən, müasir dünyanın yetirməsi-tələbəsi olmaq həm gənclər, həm də pedaqoji heyət üçün məsuliyyətli bir missiyadır. Pedaqoq üçün də ən böyük mükafat – yetirməsinin hafizəsində əbədi həkk olmaqdır!
XXI əsrin müasir təhsil sistemi - innovativ metodların tətbiqini və fənnin tədrisinə kreativ yanaşmanı tələb edir.
Ümumiyyətlə, memarlıq və dizayn yaradıcılıq sahələrində geniş istifadə olunan “formayaratma” termini dedikdə, öncə, istənilən obyektin layihə konseptinə “bədii obraz” tətbiqetmə ehtiyacı nəzərdə tutulur. Yaradıcılıq prosesində yalnız, “İdeya- forma” vəhdətində bəlli bir unikal obraza nail olmaq mümkün sayılır.
Layihələndirmə fənnləri üzrə tədrisdə tətbiq olunan metodikaların da əhəmiyyəti vacib və mühümdür. Cünki, zəmanədəki qlobal çevrilişlər, tələbənin müasir inşaat dizaynı layıhələndirmə və formayaratma prinsiplərinə də təsirini göstərməkdədir. Metodik yanaşma tərzinin təhsildə mənimsənilməsi, gələcəkdə tələbənin inşaat-dizayn fəaliyyəti sektorunda şəxsi ifa manerasının, özəl dəsti-xəttinin formalaşmasına gətirib çıxaracaqdır.
Son 3 il ərzində, deyilənləri tədris prosesinə tətbiq etmək və yüksək səviyyədə qənaətbəxş nəticələrə nail olmaq - bizim üçün qürurverici bir hala çevrilmiş!
Müasir tələbənin dərsə münasibəti, qoyulan tapşırığın həllinə rasional, düzgün, qeyri-adi yanaşma tərzi, zamanın tələbləri ilə ayaqlaşma imkanları da geniş və maraqlıdır. Tədrisin keyfiyyətinin artırılması da zamanın aktual mövzularındandır. Kreativ, fərdi yanaşma tərzi, səmimi ünsiyyət, adekvat müzakirə və təhlil mədəniyyəti, müasir ifa texnikaları - bütün bunlar, müasir tələbə ilə ünsiyyətə və fənnə hazırlığa yardım edəcək vasitələr sayılmaqdadır.
Hər ilin yekununda, AzMİU, "Dizayn " fakültəsi və "Mühit dizaynı" kafedrası olaraq - semestr boyu eksperimental layihələndirmədə aktiv iştirak edən, uğurlu nəticələr əldə edən tələbələri növbəti kursa uğurlamaq, artıq ənənə halını almışdır.
Eksperimental layihələndirmə prosesində "Qarabağa töhfə" şüarı altında maraqlı konseptlər həll olunmuş, onlardan ən maraqlı və kreativlərini töhfə olaraq, Qarabağa yönəltmək qərarı alınmışdır.
Və, nəhayət, 10 fevral 2025-ci il tarixində AzMİU, “Dizayn” fakültəsinin yuxarı kurs tələbələrinin işğaldan azad olunmuş ərazilərdə (Cəbrayıl, Qubadlı, Zəngilan) kiçik memarlıq həcmləri üzrə tələbələrin işğaldan azad olunmuş ərazilərə dair kurs işlərinin təqdimatı keçirilmişdir.
Təqdimat zamanı tələbələr işğaldan azad olunmuş ərazilərdə dayanacaq-pavilyon, toxuculuq-istehsal sexləri və s. istiqamətlər üzrə kiçik memarlıq həcmlərini əhatə edən işləri nümayiş etdirmişlər.
Tədbirdə “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin icraçı direktoru Növrəs Cəfərov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı, həmçinin, bu ali təhsil ocağının müəllimi Yalçın Məmmədov, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, prorektor Orxan Naqdıyev, AzMİU-nun idarə heyəti üzvləri, "Dizayn" fakültəsinin dekanı Fərid Kərimov, “Memarlıq” fakültəsinin dekanı Zahidə Məmmədova, "Mühit dizaynı" kafedrasının müdiri Yeganə Hacıyeva, digər kafedra müdir və əməkdaşları, pedaqoji - tələbə heyəti nümayəndələri də iştirak etmişlər.
“Dizayn” fakultəsinin dekanı Fərid bəy təşrif buyuran qonaqları salamlayaraq, tədbiri açıq elan etdi. Sonra, söz müsabiqənin təşəbbüskarı dosent N.Ağayevaya verildi və o, müsabiqənin qısa tarixcəsini aşıqladı. Növbəti çıxış edən, AzMİU-nun rektoru G.Məmmədova tədbir iştirakçılarını salamlayaraq, nüsabiqənin mahiyyətinin bu gün üçün önəmli olduğunu qeyd etdi və tələbələri daha böyük nailiiyətlərə uğurladı. Daha sonra, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin icraçı direktoru Növrəs Cəfərov çıxış edərək, bu tərz nüsabiqələrin doğma Qarabağ diyarının dirçəlişində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, qalibləri təbrik etdi və. daha da böyük uğurlar əldə etməyi tələbələrə dilədi.
Tələbələr arasında ən maraqlı və kreativ yanaşma sərgiləyən; Aslanova Asya, Atakişiyeva Aytac, Qalayeva Öznur, Mürsəlova Leyla, Kərimli Sevil, Əlisoy Günel, Əlizadə Şəmira, Hacıyev Əliniyaz, Rəhmanzadə Aysel, Yelkiyeva Roza fərqlənmişlər.
Sonda ən yaxşı işlərin müəllifi olan tələbələrə müxtəlif nominasiyalarda “Cəbrayıl, Qubadlı vəıyev Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin icraçı direktoru Növrəs Cəfərov tərəfindən təşəkkürnamələr təqdim edilmişdir.
Daha sonra, qaliblərə AMİ-nin İdarə Heyəti tərəfindən hədiyyələr və “Dizayn” fakultəsi adından “Libraff” – kitab salonundan hədiyyə kartları təqdim olunmuşdur.
"İnnovativ layihələndirmə metodu vasitəsilə müasir tip dayanacaq-pavilyonun (butikin) dizayn həlli" və "Xalça fabrikinin dizayn layihəsi" mövzusunda yerinə yetirilmiş ən uğurlu kurs layihə təklifləri "Qarabağa töhfə" şüarı adı altında “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nə təqdim edilmişdir.
Bu böyük nailiyyət münasibətilə əməyi keçən hər kəsə - “Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında bərpa, tikinti və idarəetmə xidməti”nə, bu işdə; əməyi, səyi, zəhməti və zamanı sərf olunan, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Yalçın Məmmədov olmaqla dərin təşəkkürlərimi və minnətdarlığımı yetirirəm!
İstedadlı gəncləri gələcəyə həvəsləndirmək, onlara dəstək və inam bəxş etmək, memarlıq-dizaynın sirrlərini aşılamaq məncə, hamımız üçün ən şərəfli bir missiya!
Təqdim olunan konseptlərin layihə rəhbərləri: “Mühit dizaynı” kafedrasının dosenti Nərgiz Ağayeva və baş müəllim, m.ü.f.d. Təranə Əbdülrəhimova.
Mükafatlandırmada iştirak edən və layihə konseptini təqdim edən "Dizayn" fakültəsi qrupları və tələbələrinin siyahısı:
Mövzu: "İnnovativ layihələndirmə metodu ilə müasir tip dayanacaq-pavilyonun (butikin) dizayn həlli"
1. 162 a4 Aslanova Asya
2. 162 a1 Atakişiyeva Aytac
3. 162 a4 Qalayeva Öznur
4. 162 a1 Mürsəlova Leyla
5. 162 a4 Kərimli Sevil
6. 162 a4 Əlisoy Günel
7. 162 a3 Əlizadə Şəmira
8. 162 a3 Hacıyev Əliniyaz
Mövzu: "Xalça fabrikinin dizayn layihəsi"
1.160 a1 Rəhmanzadə Aysel
2.160 a1 Yelkiyeva Roza
NƏRGİZ AĞAYEVA
Azərbaycan Memarlıq-İnşaat Universiteti (AzMİU), “Dizayn” fakultəsi, “Mühit dizaynı” kafedrasının dosenti, AMİ-nin “Yasayış və İctimai binaların interyer-dizayn tərtibatı üzrə yaradıcılıq komissiyası”nın sədri, “Ustad Memar”, BMA-nın professoru
e-mail: nargiz.agayeva@hotmail.com
© 2020 - Created by İLK XEBER.