“Azad Həmfikirlər” Göyçayda gənclər arasında sorğu keçirib - FOTO

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Göyçay rayonunda həyata keçirdiyi “Kitab gətir-kitab götür” adlı layihəsinin icrası zamanı rayonun 100 nəfər gənci arasında şifahi sorğu keçirib.
Bu barədə layihənin rəhbəri Samirə Mustafayeva məlumat verib. Layihə rəhbəri bildirib ki, gənclər arasında kitabtoplama kampaniyası və toplanmış kitabların sərgisi keçirilib. Eyni zamanda, gənclərə toplanmış kitablardan oxumaq üçün kitab seçmək imkanı verilmişdir
S.Mustafayevanın sözlərinə görə, toplanmış kitabların içərisindən 50 nəfər gənc öz maraq dairəsinə uyğun olaraq kitab seçərək müəyyən zaman ərzində həmin kitabı oxuyublar. Onlar oxuduqları kitablar haqqında qısa məlumatlar hazırlayıb münsiflər heyətinə təqdim ediblərr.
Qeyd edək ki, müsabiqədə iştirak eləyən  gənclərə və I, II, III yerlər üzrə qaliblərə mükafatlar verilib. Layihəni günümüzün prioritet məsələsi kimi hədəf götürməklə, həmçinin gənclərin düşüncələrində kitabxanalarda daha çox zaman keçirmək vərdişi yaratmaq idi.