Gənclərdə tariximizə məhəbbət ruhunun aşılanması

 Bizim dövrümüzdə Azərbaycan gəncliyinin   vətənpərvərliyinin inkişafında ali təhsil müəssisələri böyük rol oynaya bilirl. Lakin gənclərin həyatı yalnız tələbə auditoriyası ilə məhdudlaşmır. Gənc nəslin vətənpərvərlik və mənəvi-əxlaqi, azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsi cəmiyyətdə Azərbaycan ordusuna və hərbi xidmətə müsbət münasibət formalaşdırır. Gənclik ölkənin əsas sərvətlərindən biri olmaqla yanaşı, həm də tarixi fəaliyyətin fəal subyektidir.
Müasir Azərbaycanda müxtəlif şəraitlərin təsiri altında gənclərin dəyər oriyentasiyalarının transformasiyası baş verir. Bunların hamısı ictimai-siyasi və sosial-iqtisadi münasibətlərin dinamik inkişafı, ümumilikdə qloballaşma ilə bağlıdır. Qloballaşma dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunması dövlətimizin qarşıya qoyduğu prioritet istiqamətlərdən biridir. Vətəndaşların, xüsusi ilə də gənclərin uğurlu gələcəyini təmin etmək üçün müstəqil dövlətimiz tarixi, mədəni, irsi, etnik köklərə söykənir, onların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət aparır. Bu gün milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yüksək səviyyədə qorunur, tariximiz dərindən öyrənilir. Ölkədə daxili və xarici siyasət xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata kecirilir.
Güclü dəyər təməli təkcə siyasi sabitliyin deyil, həm də gənclərin müsbət rifahının əsasıdır. Məhz məna və dəyər sabitliyinin itirilməsi müasir cəmiyyətdə sosial deqradasiyaya səbəb olur. Yaranmış mentalitet sayəsində cəmiyyətimizdə gənclər arasında son vaxtlara qədər ənənəvi dəyərlərə - ailəyə, nəsillər arasında həmrəyliyə, tolerantlığa, vətənpərvərlik hissi güclənməkdədir. Ancaq müasir reallıqlarda bu artıq kifayət deyildir.
Mənfi tendensiyaları azaltmaq üçün ənənəvi sosiallaşma institutlarının (ailə, məktəb, universitet) rolunun gücləndirilməsinə əsaslanan və gənclər mediasının yaradılması və inkişafı ilə əlaqəli olan dağıdıcı subkulturalara daxil olmağın qarşısını almaq lazımdır. Bu qeyri-rəsmi birlik və qurumların mənfi rolu vardır.
Televiziya, radio, kitab və internet kimi kütləvi informasiya vasitələri də mədəni səviyyəyə təsir göstərir. Onlar informasiyaya çıxışı  təmsil edirlər. İnformasiya resurslarından düzgün istifadə və etibarlı mənbələrə çıxış gənclərin mədəni və təhsil baxımından inkişafına kömək edir.
Sosial mühit – gənc nəslin böyüdüyü və yaşadığı mühit onun mədəni səviyyəsinə də mühüm təsir göstərir. İncəsənətin, ədəbiyyatın, musiqinin qiymətləndirildiyi və hörmət edildiyi bir ailədə gənclər çox vaxt bu sahələrlə daha tez tanış olmaq və mədəni maraqlarını inkişaf etdirmək imkanı əldə edirlər. Mədəni səviyyəyə gənclərin dostları, cəmiyyəti, dini və milli mənsubiyyəti təsir edir. Müxtəlif dinlərin və xalqların özünəməxsus adət-ənənələri və tarixi hadisələri gənclərin  dünyagörüşünə və dəyərlərinə, onun mədəni inkişafına təsir göstərə bilər  Burada  dostluq, vətənpərvərlik, ədalət və qarşılıqlı yardımı müəyyən edən unikal layihələr əsas amillərdən biridir. Bunlar gənclər hərəkatında özünü doğrultmuş və müsbət təcrübəyə malik çoxlu sayda layihələrin, forumların, platformaların, müsabiqələrin, hərəkatların yalnız bir neçə nümunəsidir. Bu iş sahəsi artırılmalı və təcrübə mübadiləsi davam etməlidir. Azərbaycanın inkişafında ölkənin siyasi rəhbərliyinin diqqət yetirməli olduğu və arxalanacağı gənclik potensialıdır. Ona görə də cəmiyyəti və onun irəliyə doğru irəliləyişini təmin etmək üçün onu qorumaq və qurmaq lazımdır. Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı.
1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir. Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi.  

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərdə tariximizə məhəbbət ruhunun möhkəmləndirilməsi” layihəsi çərçivəsində çap olunur.