Azərbaycanın tolerantlıq modeli

Azad Məsiyev,
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, politoloq

Azərbaycan Şərqlə Qərbin kəsişdiyi bir məkanda yerləşdiyindən bu bölgə həmişə böyük güclərin, dövlətlərin maraq darəsində olub və olmaqdadır. Bu qüvvələr öz maraqlarını-iqtisadi, siyasi və.s həyata keçirmək üçün müxtəlif vastələrdən, o çümlədən milli azlıqlardan istifadə edib. Gəlin, respublikamızın bölgələrində kompakt səkilində yaşayan millətlərə baxaq. Bu bölgələrdə yaşayanların bir-biri ilə sıx qohumluq (qız verib, qız alıblar) əlaqəsi var. Hər bir vətəndaş bu ərazidə sərbəst gəzir, təhsil alır, biznes qurur və s. Həmin regionlara gedən qonaqları həmişə hörmətlə qarşılayıblar və hörmətlə yola salırlar. Bu faktlar mövcud şəraitdən xəbər verir. Azərbaycan Respublikasının ərazisində yaşayan bütün millətlər, etnoslar bir xalqı təmsil edir, Azərbaycan xalqını. Bu xalq da öz müqəddəratını təyin edib və beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək Azərbaycan dövlətini yaradıb. Bu ərazi burada yaşayan millətlərin əzəli və əbədi məkanlarıdır. Bunlar türklər, talışlar, ləzgilər, kürdlər, avarlar və s.-dir. Bu millətlərin ənənələri, mədəniyyətləri, dilləri xalqımızın zənginliyidir. Xalqımızın qədimdən zəngin geyim, musiqi, mətbəx mədəniyəti var. Bu zənginlliyin, gözəlliyin təşəkkülündə xalqımızı təmsil edən hər bir millətin payı var.
Azərbaycan ərazisində yaşayan millətlərin əksər hissəsi müsəlman dininə sitayiş edirlər. Buna baxmayaraq müsəlmanların peyğəmbər kimi qəbul etdiyi Musa və İsa peyğəmbərlərin gətirdiyi dinlərə də sitayiş edənlər var. Ali məqsəd tək olan Allaha iman gətirməkdir. Dini dözümlülük daxili siyasətin tərkib hissəsidir.
Tolerant, yəni dözümlü olmaq xalqın mədəniyyətindən irəli gəlir. Hansı xalqın, millətin və ya fərdin (dinindən, irqindən, cinsindən, sosial vəziyətindən asılı olmayaraq) mədəniyyəti zəngindirsə, deməli, o tolerantdır, dözümlüdür. Qeyd etdiyim kimi, xaqımızın zəngin mədəniyyəti var. Azərbaycan türklərini, eləcə də talışları, ləzgiləri, kürdləri, ingiloyları ümumi islami dəyərlər, ortaq tarixi tale və şərikli mədəniyyət birləşdirirsə, ökəmizdəki yəhudilərlə, avarları həm də eyni səmavi kitablar – Zəburun, Tövratın və s.-nin müqəddəs hesab edilməsi və bizim də uca tutduğumuz Adəm, Nuh, Musa, İbrahim kimi peyğəmbərlərin təbliğ etdiyi mənəvi-əxlaqi dəyərlər birləşdirir. Zənnimcə, dini tolerantlıqla milli tolerantlığın uzlaşmasının bir təməli də buradan qaynaqlanır.
Azərbaycanın coğrafi şəraiti və təbii sərvətləri həmişə güc mərkəzlərinin marağında olub. Onlar məqsədlərinə çatmaq üçün bütün vasitələrdən, o cümlədən dini və milli münasibətlərdən istifadə edirlər. Təəssüflər olsun ki, müsəlmanlar arasında da dini ayrı-seçkilik salmaq istəyənlər var.
Lakin unutmaq lazım deyil ki, dini inancından asılı olmayaraq hər bir kəs öz əməli və ibadəti ilə uca olan Allahın hüzurunda cavab verəcəkdir. Hər bir xalqın aparıcı lokomotiv milləti var. Bu millət dözümlülük edib digər millətlərin ənənəsinə, mədəniyyətinə hörmət edirsə, münasibətlər də yaxşılığa doğru gedir. Problem o zaman yarana bilər ki, lokomativ millət ayrı-seçkilik etsin (millətçilik etsin), bu siyasəti dövlət səviyyəsinə qaldırsın, bu zaman milli azlıqlar separatçılığa meyllənir. Bu hadisələrdən maraqlı qüvvələr istifadə edir. Şükrlər olsun ki, 1993-cü ildən bəri ölkədə hər hansı problemlər yaşanmayıb.
1993-cü ildə mərhum prezident Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası Azərbaycandakı xalqlar arasındakı soyuqluğu əritdi və bütün etniklərdə vətəndaşlıq duyğusunu bərkitdi. Unutmamalıyıq ki, cəmiyyətin birləşdirici ideya ətrafında birləşməsi dövlətin xarici və daxili siyasətində böyük önəm daşıyır. Mövcud daxıli qurumlar, müvafiq strukturlar öz fəaliyyətlərində bunları nəzərə alırlar.
Qeyd etdiyim kimi, hər bir xalqın zənginliyi həmin xalqın təmsil etdiyi millətlərin çoxluğundan, müxtəlifliyidən asılıdır. Biz zəngin xalqıq ona görə yox ki, neftimiz, qazımız və s. təbii sərvətlərimiz var. Bizim zənginliyimiz burada yaşayan millətlərin çoxluğu və müxtəlifliyi ilə ölçülməlidir. Biz bu zənginliyimizi dünyaya çatdırmalıyıq.
Bu məqsədlə dövlətin nəzarətində olan televiziya, internet saytları yaradılmalı və xalqımızın zənginliyini, dözümlülüyünü, dini-milli tolerantlığını dünya içtimaiyyətinə çatdırmalıyıq
Vaxtilə sovetlər dönəmində xüsusi xidmət orqanlarının nəzdində millətləri öyrənən inistitutlar vardı. Bu institutlar millətin mədəniyyətini, adət və ənənəsini, xasiyyətlərini, həyat tərzini və s.-ni öyrənirdi və dövlətin maraqlarına uyğun təkliflərlə çıxış edirdi. Fikrimcə, biz tam xeyirxah məqsədlə bu cür qurumlar yaradıb ölkəmizdəki xalqların mədəniyyətini, adət və ənənələrini, psixologiyasını dərindən, elmi şəkildə araşdırmalıyıq ki, Azərbaycan cəmiyyətində daha dərin harmoniyanın, vəhdətin yaradılmasına nail ola bilək. Tarixə nəzər salsaq görərik ki, Azərbaycandakı xalqlar bir-birinin mədəniyyətini zənginləşdirməklə doğmalaşıblar.

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” layihəsi çərçivəsində çap olunur.