Türkiyənin yeni səfiri fəaliyyətə başladı - FOTO

Türkiyə Cümhuriyyətinin ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağçı vəzifəsinin icrasına başlayıb.

Bu barədə İlkxeber.org-a  Türkiyə səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Cahit Bağçı bu gün səfirlik əməkdaşları tərəfindən qarşılanıb, ilkin tanışlıq həyata keçirilib.

“Hörmətli Bağçı eyni gün səfir kimi vəzifəsinin icrasına başlayıb”, – deyə səfirlikdən qeyd edilib.