"İşğal olunmuş ərazilərin minalanması dinc mülki əhaliyə qarşı yönələn müharibə cinayətidir" – Qulamhüseyn Əlibəyli

İşğal olunmuş Azərbaycan ərazilərinin minalanması və minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə verilməməsi beynəlxalq hümanitar hüququn norma və prinsiplərinin kobud formada pozulması, dinc  mülki əhaliyə qarşı yönələn müharibə cinayətidir. 

Bu sözləri Ilkxeber.org-a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməklə mülki əhalini daha çox məhv etmək, işğaldan azad olunan ərazilərimizə abadlaçdırılmasına və yenidən tikilməsinə mane olmaq, dinc əhalinin qayıdışı prosesini uzatmaq və çətinləşdirmək məqsədi güdür: 

"Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi nəticəsində hərbi əməliyyatlar başa çatdıqdan sonra da həmin minaların partlaması nəticəsində mülki əhalinin  həlak olmasına görə Ermənistan rəsmiləri beynəlxalq hüquqi məsuliyyət daşıyır. 

Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə görə Ermənistana beynəlxalq təzyiqlər yoxdur. Hərbi əməliyyatların dayandırılmasında və 10 noyabr bəyanatının imzalanmasında vasitəçi olmuş Rusiya da bu məsələdə heç bir iş görməyərək, mandatından kənara çıxan hərəkətlər edir, özünün ikibaşlı oyununu oynayır.

Minalanmış ərazilərin xəritələrinin Ermənistandan alınması məsələsi ilk növbədə Rusiyadan rəsmən tələb edilməlidir. Rusiyanın sülhməramlı adı ilə işğal olunmuş ərazilərmizin bir hissəsində yerləşdirilmiş hərbi qüvvələri həmin ərazilərin xeyli hissəsinin minalardan təmizləndiyini bildirirlər. Bu təmizlənmə işləri Azərbaycanın azad edilmiş ərazılərində də tezliklə həyata keçirilməlidir".