Partiya sədrləri də işğaldan azad olunmuş ərazilərə getdilər

Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

APA-nın məlumatına görə, partiya sədrləri işğaldan azad edilmiş Ağdam və digər ərazilərə baş çəkəcək, erməni vəhşiliyi nəticəsində viran qalmış kənd və şəhərlərdəki vəziyyətlə tanış olacaqlar.

Əksər partiya sədrlərinin və təmsilçilərinin yer aldığı heyətə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edir.