YAP-ın qurultayı yekunlaşdı -Yeni İdarə Heyəti formalaşdı, Siyasi Şura ləğv olundu

Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıb

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar çağırılan VII qurultayı başa çatıb.

Qurultayda YAP-ın yeni İdarə Heyəti formalaşıb.

Yeni İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir. Bundan əvvəl İdarə Heyətinin 20 üzvü vardı...

Qurultayda partiyanın Siyasi Şurası ləğv edilib. Əvəzində Partiyanın Veteranlar Şurası yaradılıb. Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır. Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib. Eyni zamanda partiyanın yeni Nizamnaməsi də qəbul edilib.

YAP-ın İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub. Bu barədə "Report"a İdarə Heyətindən məlumat verilib.

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıb.