Çavuşoğlu zəng etdi, geri addım atdılar – Biabırçı səhv düzəldildi

Vaşinqton guya İraqın Qara bölgəsindəki xain terroru qınasa da, əslində PKK-nı qorumağa davam edir. ABŞ Dövlət Departamenti baş verənlər haqda skandal, “Əgər Türkiyə vətəndaşları PKK terror təşkilatı tərəfindən öldürüldüyü xəbəri doğrudursa, bunu qətiyyətlə pisləyirik”, açıqlamasını verdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Türkiyədə böyük qəzəbə səbəb olan bu mesajdan sonra ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Eləcə də Xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ Dövlət katibi Entoni Blinkenə zəng edərək, narahatlığını çatdırıb. Blinken bundan sonra məcbur olaraq, baş verənlərə görə PKK-nı ittiham edib.

Nəşr Qarada qorxunc qətliama imza atan PKK-nın ABŞ tərəfindən açıq şəkildə qorunduğunu yazıb:

“Mövlud Çavuşoğlu terror təşkilatı mağarada 13 nəfəri öldürdükdən sonra Qərbin səssizliyinə reaksiya göstərib. Nazir gecə saatlarında Tvitter hesabında türk və ingilis dillərində paylaşdığı mesajda qeyd edib: “Məsələyə “Mənim terrorçum yaxşı, sənin terrorçun pisdir” prinsipi ilə yanaşırlar”.

Baş verən hadisədən bir neçə saat sonra ABŞ Dövlət Departamenti qalmaqallı bir başsağlığı mesajı verdi. Açıqlamada deyilir: “ABŞ İraqın Kürdüstan bölgəsində Türkiyə vətəndaşlarının öldürülməsindən təəssüflənir. NATO-dakı müttəfiqimiz Türkiyə ilə bir yerdəyik və son qarşıdurmada şəhid olanların ailələrinə başsağlığı veririk. Əgər Türkiyə vətəndaşlarının PKK terror təşkilatı tərəfindən öldürüldüyü xəbəri doğrudursa, bunu qətiyyətlə pisləyirik”.

Bu qalmaqallı açıqlamadan sonra ABŞ-ın Türkiyədəki səfiri David Satterfild Xarici İşlər Nazirliyinə çağrılaraq. XİN-in bununla bağlı açıqlamasında bildirilib: “ABŞ səfiri Satterfild nazirliyimizə çağrılıb və ABŞ-ın açıqlamasına reaksiyamız ən sərt şəkildə ifadə edilib”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da, amerikalı həmkarı Entoni Blinkenə zəng edib. Blinken Çavuşoğlunun sərt reaksiyasından sonra terror aktından PKK-nın məsuliyyət daşıdığını bildirib.

ABŞ Dövlət Departamentinin görüşlə əlaqədar verdiyi açıqlamada Blinkenin şəhid olan 13 Türkiyə vətəndaşı üçün başsağlığı verdiyi və Çavuşoğlu ilə telefon danışığında bundan PKK-nın məsuliyyət daşıdığını ifadə etdiyi qeyd olunub”.