Hakimiyyətlə siyasi partiyalar arasındakı münasibətlərdə yeni yanaşma

Q.Əlibəyli hesab edir ki, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin bir illik fəaliyyəti səmərəli və nəticəli olub:

"1) Dövlətlə müxalifət partiyaları arasındakı soyuq münasibət, kəskin ritorika dialoq mühiti ilə əvəz olunub;

2) Dövlət qeydiyyatı illərlə süründürməçiliyə salınan siyasi partiyaların qeydiyyatı həll olunub;

3) Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin, onun komitə və komissiyalarının  rəhbərliyində təmsil olunublar;

4) Ümummili məsələlərin həllində siyasi partiyaların mövqeyi nəzərə alınmağa başlanılıb;

5) İşğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində milli həmrəylik və birlik formalaşıb;

6) Vətən müharibəsinin gedişində siyasi partiyalar müxalifətçilik fəaliyyətini müvəqqəti dayandıraraq dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanının yanında duraraq işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün öz imkanları daxilində edə biləcəklərini ediblər.”

Partiya sədri ümid etdiyini bildirib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və həmin şöbənin müdiri Ədalət Vəliyev bundan sonra da cəmiyyətimizdə formalaşmış milli həmrəyliyi və birliyi qoruyub saxlamaq və daha da möhkəmləndirmək istiqamətində öz səmərəli fəaliyyətlərini davam etdirəcəklər.