Koreya hücum planlaşdırır? - 5 müharibə ssenarisi

Koreya yarımadasında yeni müharibənin mümkün ssenarisi açıqlanıb. Axar.az xəbər verir ki, ABŞ şirkəti RAND-ın hərbi analitikləri Şimali Koreyanın Cənubi Koreyaya 5 ssenari əsasında hücum edə biləcəyini açıqlayıb. Birinci, Şimali Koreyanın Cənubi Koreyanın böyük bir sənaye obyektinə "beş dəqiqəlik hücum" variantıdır. İkinci ssenaridə silahsız zonada bir dəqiqəlik hücum, üçüncüsündə - bənzər hücumun Seulun mərkəzinə edilməsidir. Dördüncü və beşinci ssenariyə görə, ikinci və üçüncü ssenarilərdə adı keçən ərazilərə daha uzunmüddətli - saatlıq hücumlar ola bilər. Qeyd edək ki, analitiklər bütün variantlarda tərəflərin artilleriyasının təxmini sayını, hücum ərazilərində əhalinin sıxlığını da hesablayıblar.