Kafe-restoranlar avqustun 17-dən açıla bilər

Kafe-restoranlar avqustun 17-dən açıla bilər.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, avqustun 17-si ərəfəsində kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsi müzakirə olunur:
"Ondan bir həftə sonra isə rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Hələlik bu barədə qərar yoxdur".