Əli Əsədov bu nazirliklə bağlı QƏRAR İMZALDI

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib. Publika.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir Kollegiyanın sədri Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavinləri     Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru.