Aztəminatlı əhaliyə hüquqi yardım xidməti

"Sivilizasiya" Monitorinq və Araşdrrmalar İctimai Birliyi “Aztəminatlı əhaliyə hüquqi yardım xidmətinin yaxşılaşdırılması”  adlı yeni layihəyə start verib. Avqust ayının 15-dən başlayan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, "Sivilizasiya" Monitorinq və Araşdrrmalar İctimai Birliyinin sədri  Mübariz Laçınov  məlumat verib. QHT sədri bildirib ki, layihənin məqsədi ehtiyac içərisində olan sosial qrupların (qadınlar, əlillər, aztəminatlılar və s.) hüquqi məlumatlılığını, qanunvericilik və praktikanı yaxşılaşdırmaqla onların ədalətə çıxış imkanlarını artırmaqdan ibarətdir.