Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edildi - Foto

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edilib. Axar.az xəbər verir ki, dəfndə Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Gənclər və İdman Naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin vitse-spikerləri Fəzail İbrahimli, Adil Əliyev, komitə sədrləri Siyavuş Novruzov, Əli Hüseynli, deputatlar Rüfət Quliyev, Elman Məmmədov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, sabiq deputat Arif Rəhimzadə və mərhumun digər yaxınları qatılıb.