Metro avqustun 31-dək bağlı qalacaq - RƏSMİ + VİDEO

“Avqustun 31-dək metronun bağlanması məsələsi qüvvədə saxlanılır. Burada texniki, epidemioloji və metronun ventilyasiya sistemi ilə əlaqədar rəylər var”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O bildirib ki, ekspertlərin də rəyi ondan ibarətdir ki, yeraltı, dar və mərkəzləşmiş ventilyasiya sistemi olan şəraitdə virusun təkrar hərəkət etməsi mümkündür və beləcə yoluxma arta bilər: “Buna görə, metronun işə salınması məqsədəuyğun hesab olunmur”.
İlhamə Əbülfət