DİM-dən beynəlxalq imtahanlarla bağlı açıqlama

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE (Virtual University Enterprises) imtahanları keçirib. DİM-dən Axar.az-a bildirilib ki, Pearson VUE tərəfindən informasiya texnologiyaları (İT) sahəsinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub: - Cisco Systems, Inc. şirkətinin “Implementing and Operating Cisco Enterprise Network Core Technologies” sertifikat imtahanı; - (ISC)2 təşkilatının “Information Systems Security Architecture Professional (ISSAP)” sertifikat imtahanı; - CompTIA assosiasiyasının “CompTIA A+ Certification Exam: Core 2 (220-1002)” sertifikat imtahanı. İmtahanlarda ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub. İmtahanlar haqqında ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə etmək olar.