1 avqustdan beynəlxalq uçuşlar başlayır - RƏSMİ AÇIQLAMA

Rusiya bəzi ölkələrlə hava nəqliyyatını 1 avqustdan etibarən qarşılıqlı şəkildə açır. Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin danışıb. Paytaxt Moskvada hökumət nümayəndələri ilə video-konfrans keçirən Baş nazir bu barədə bildirib. <ins'></ins'> Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova “Rossiya 24” kanalına açıqlamasında uçuşların başlayacağı ölkələr arasında Türkiyə, Böyük Britaniya və Tanzaniyanın yer aldığını bildirib. Qeyd edək ki, təkcə Türkiyə ötən il Rusiyadan 7 milyon turist qəbul edib.